Bakıda güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq

14:12 16.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 17-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.